WHAT IS BIODIVERSITY?

Biomüxtəliflik “bioloji” və “müxtəliflik” sözlərinin qısaldılmış formasından yaranmışdır. Biomüxtəliflik,Yer üzərində olan həyatın növ müxtəlifliyinin hamısına (bitkilər, heyvanlar, göbələklər və mikro-orqanizmlər) həmçinin, onların formalaşdırdığı icmalara və yaşadıqları yaşayış mühitlərinə aiddir.Bioloji Müxtəliflik haqqında Konvensiyanın 2-ci maddəsində biomüxtəlifliyin rəsmi tərifi verilir: “bioloji müxtəliflik bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir; bu məfhum növ çərçivəsində, növlər arasında müxtəlifliyi və ekosistemlərin müxtəlifliyini ehtiva edir”.   Biomüxtəliflik yalnız bütün ekosistemlərin, növlərin və genetik materialın toplusundan ibarət deyil. O, daha çox onların daxilində və arasında olan müxtəlifliyi ifadə edir. Bu, ekosistemlərin ma... Read more