Abşeron iqtisadi - coğrafi bölgəsi print

Ərazi Abşeron yarımadasınu Qobustanın şərq hissəsini və Samur-Dəvəçi ovalığının cənub - şərq hissəsini, həmçinin Abşeron və Bakı arxipelaqlarını əhatə edir. Buraya Abşeron, Xızı, Bakı və Sumqayıt əraziləri daxildir. Relyef əsasən, təpəli düzənlik və dağlıqdır. Ərazinin dəniz sahili hissəsi okean səviyyəsindən 28 m-ə qədər aşağıdır. Maksimal hündürlük şimal - qərbdə 2205 m olan Dübrar dağıdır. Dübrar Baş Qafqaz silsiləsinin dağı olub Neskom gilləri və Üst Tabaşirin əhəngdaşı, mergel və konqlomeratlarından təşkil olunmuşdur.
İqlimi, əsasən, mülayim isti və quru subtropikdir. İl ərzindəki günəş parıltısının miqdarı 2200 - 2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; -5 C), çox yumşaq (2.5 - 0°C) və həddən çox yumşaq (5 - 2.5 C) şəraitdə keçir. Ölkəmizin ən az yağıntı (200 - 400 mm) və ən küləkli ərazilərindəndir. İsti dövrlərdəki (aprel - oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir. İyun - sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün ətrafında tərəddüd edir. Küləyin orta illik sürəti 4-6 m/san və daha yüksək olur. İqlim kontinentallığı mülayim və orta kontinentallıq intervalında dəyişir. İI ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın temperaturunun 0 C-dən aşağı olan günlərin sayı isə Abşeronda 10 - 20, Xızıda 1 0 -1 0 0 , Bakıda 10 - 20 və daha az, Sumqayıtda 10 - 20 gün təşkil edir. İI ərzində qar örtüyü olan günlərin sayı Xızıda 10 - 20 gün təşkil etdiyi halda Abşeron, Bakı və Sumqayıt ərazilərində 10 gün və daha az olur. Ərazidə havanın orta illik temperaturu - 13.6 C-ə, havanın nisbi rütuboti 73 %, mümkün buxarlanma 2064 mm-ə çatır. Bununla yanaşı yay mövsümündə ərazidə yağıntı cüzi (16 mm) və buxarlanma isə yüksək (467.0 mm) olur.

Çayları və gölləri. Ərazinin əsas çayları Ataçay, Sumqayıtçay, Ceyrankeçməz, Tuğçay və s. çaylardır, Ərazi çox rəngarəng landşaft müxtəlifliyinə malikdir. Belə ki, ərazidə yanmsəhra, quru çöl və dağ-çəmən landşaftları vardır. Samur Abşeron və Abşeron kanallarının bir hissəsi, Ceyranbatan su anbarı, Masazır və Mirzələdi şor gölləri bu ərazidə yerləşir. Abşeron yüksək kurort - rekreasiya potensialına malikdir.

Torpaq örtüyü və bitki müxtəlifliyi. Ərazinin coğrafi mövqeylno, relyef, iqlim vo digor landşaf) amillorinin tosiri nəticəsində yanmsohra qunı subtropik landşaA üçün xaraktcrik olan boz - qəhvəyi (şabalıdı), boz, çəmən-boz, boz - qonur, şorakətvari - boz qonur şabalıdı və açıq şabalıdı, dağ şabalıdı dağ tünd şabalıdı torpaq kompleksləri geniş yayılmışdır. Ərazlnin torpaqlarınm əsas hissəsində yayı quraq keçən quru bozqır və mülayim isli yanmsohra iqlim şəraitinin və göstərilən torpaq tiplərinin mövcudluğu ilə şərtlənən yarımsəhra yovşanlı, şorangəli və yovşanlı - şorangəli - efemerli bitki tipləri formalaşmışdır. Yovşanlı - efemerli, yovşanlı - gəngizli, yovşanlı-şorangəli, yovşanlı-taxıllı, yovşanlı - taxıllı müxləlif otlu bitki formasiyaları demək olar ki, ərazinin təbii bitkiliylnin əsasını təşkil edir. Vegetasiya dövründə yağıntıların az düşməsi, torpağın akkumulyativ humus qatında və yerüstü atmosfer havasında hərarətin yüksəlməsi, buxarlanan rütubətin miqdarının yağıntılara nisbətən dəfələrlə çox olması bitki örtüyünün kasıb təbii bitkiliyin məhsuldarlığının az (8.1 - 12,5 s/ha), torpaq mühitində üzvi və mineral qida elementlərinin zəif olmasma səbəb olmuşdur. Bununla yanaşı Bakı Qulağı, Kəklikdağ, Otmanbozdağ, Böyükdağ və Kiçikdağ orazılorində adi nar (Punica granatum), hamar dağdağan (Celtis giahrata), əncir (Ficus carica), qırmızı ardıc (Juniperus oxycedrus), çoxmeyvəli ardıc (Juniperus polycarpos), xırdameyvəli albalı (Cerasus microcarpa), pallas murdarçası (Rhamnus pallasii), qaya dovşanalması (Cotoneaster saxatilis), köpək itburnusu (Rosa canina), jasmin (Jasminum fruticans), yulğun (Tamarix meyeri) və s. ağac və kol növlərinə rast gəlinir. Bu nümunələr bir zamanlar burada arid tipli meşələrin olduğunu göstərir. Ərazinin mərkəz hissosindo sallaq itüzümünün (Lycium depressum) seyrək fraqmentləri qalmışdır. Ərazinin şimalında Sumqayıtçayın sahilləri boyu yulğun və rus itüzümü (Lycium ruthenikum) kollarına rast gəlinir. Ərazinin şimal-qərbində (Xızı rayonu) dağ çəmənlikləri və dağ meşələri vardır. Ərazinin meşə ilə örtülü sahələri 9931 ha-dır (5.81 %). Xızı rayonunda şərq fıstığı (Fagus orientalis), palıd-vələs meşələri, əsasən, Ataçay və Tuğçay hövzələrində, Altıağac kəndinin aşağı hissəsindən başlayaraq Taraput dağının şimal yamacı boyu yayılmışdır. Ərazinin xarakterik ağaclarından biri də tək-tək və qrup halında geniş yayılan söyüdyarpaq armud (Pyrus salicifolia), yemişan (Crataegus pentagyna, C. orientalis) ağaclarıdır.