Qobustan rayonu print

Qobustan 1920-ci ildən 1930-cu ilə qədər Mərəzə rayonu kimi fəaliyyətdə olmuşdur. 1930-c u ildə Şamaxı rayonu təşkil edildikdə Mərəzə rayonu da onun tərkibinə birləşdirilmişdir. 1943-cü ilin oktyabr ayında Mərəzə rayonu Şamaxı rayonundan ayrılaraq 01.01.1960-cı ilə qədər ayrıca rayon kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə isə Mərəzə zonası 1990-cı ilin aprel ayında Şamaxıdan ayrılmış, Qobustan rayonu təşkil olunmuşdur. Qobustan qəsəbəsi 1893-cü ildə neftin xaricə nəqli üçün yaradılmış Duvannı stansiyası əsasında formalaşmışdır. Azərbaycan neftinin xaricə ilk ixracı 1901-ci ildə bu stansiyadan həyata keçirilmişdir. 1950-54-cü illərdə Səngəçal, Çeyildağ, Ələt və Atbulaq qəsəbələri əsasında Duvannı rayonu yaradılmış, l956-cı ildə yenidən Molotov (indiki Qaradağ) rayonuna qaytarılmışdır.
Relyefi. Qobustan rayonu Azərbaycanın şərqinin alçaq dağlıq sahəsində, Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir. Şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı və onun qolu Acıdərə çayı, Aladaş yaylası, cənubda Girdədağ (648 m), Hərəmi (300 m) və Mişov dağları (palçıq vulkanı), şərqdə Süngürdağ (676 m), Keçiqaya (641 m) və Böyük Siyaku (786 m) kimi alçaq dağlar ilə hüdudlanır. Ərazinin orta hündürlüyü 600-700 m, maksimal hündürlüyü isə 1500 m-dir. Şimalda Baş Qafqaz sisiləsinin qolları olan Aladaş, Kəmçi, Taxtayaylaq silsilələri (Gümbüdağ 1286 m, Kətandağ 980 m, Yurtandağ 898 m) yerləşir. Qərb Sündü, Nabur, Mərəzə silsilələri ilə əhatə olunur. Mərkəzdə ceyrankeçməz depressiyası (çökəkliyi) yerləşir. Ərazinin iqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlim tipinə aiddir. İllik yağıntı şimal ərazilərdə 500 mm , cənub və cənub-şərq ərazilərdə 150 mm və daha azdır. Zirvələri şimal-şərqdə Quşludağ (1421 m), Quşudağ (1368 m), Arpabulaq (1356 m), şərqdə Şeşni-şeytan (1241 m), şimalda Gümbüdağ (1286 m) zirvələridir.
Geoloji quruluşu. Ərazinin şimaIında Tabaşir, qalan yerlərdə, əsasən, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazi Respublikanın ən seyrək çay şəbəkəsinə malikdir. Çayların mənbələri müxtəlif yüksəkliklərdədir: Pirsaat, Qozluçay, Ceyrankeçməz, Gilgilçay, Cəngiçay, Sumqayıtçaydır. Pirsaat başlanğıcını Böyük Qafqazın şərq kənarından (2400 m) götürür. Sumqayıtçay öz mənbəyini 2000 m yüksəklikdən (Gülümdostu dağı) alır. Ceyrankeçməz Ərəb-Şahverdi kəndi yaxınlığından (800 m) başlayaraq Sanqaçal stansiyası yaxınlığında Xəzərə tökülür. Gilgilçay Gülümdostu dağının yamacından (1980 m) başlayır. Xilmilli, Nabur, Sündü, Cəyirli, Çalov, Təklə, Çuxalı kəndləri mineral bulaqlarla zəngindir.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin torpaqları, əsasən, şabalıdı və açıq- şabalıdı, boz-qonur, şorakvari boz-qonur torpaqlardır. Geniş otlaqlara malik Qobustan Azərbaycanın əsas qışlaqlarındandır. Mülayim isti yarımsəhra və quru çöl iqlimi üslünlük təşkil edir. Şimalda iqlimi mülayim istidir. Yanvarda orta temperatur -1.5 C-dən 3 C-dək , iyulda 27 C-yədəkdir. İllik yağıntı şimal-qərbdə təqribən 500 mm, cənub-şərqdə 150 mm və daha azdır.
Dağ kserofitləri, yarımsəhra və quru bozqır bitkiləri geniş yer tutur. Heyvanları: tülkü, canavar, boz dovşan, adi çöl siçanı, ilan, kərtənkələ və s. Quşları: kəklik, göyərçin və s.
TarixiAzərbaycanın ən qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu” (qobi) - quru, susuz yer, ölkə, oba mənasını daşıyır. Landşaftşünaslıqda "qobu" quru və ya müvəqqəti su axarı olan dərə, yarğan landşaftlarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqqəddəs yer mənasında ərəbcə "qabustan’' sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" - Allaha yaxın “stan" isə məkan mənasını verir. "Qabustan" və ya “Qabistan" Allaha yaxın məkan deməkdir. BeləIikİə, “Qabistan" çox müqəddəs ad və məna kəsb edir. Yaşlı və dindar insanlann sözlərinə görə yay aylarında Qobustanın səmasında “ağ yol" uzanır. Bu ‘‘yol" Məkkəyə qədər "gedir”. Keçmişdə Kəbəyə “Həcc ziyarəti”nə gedənlər bundan kompas kimi istifadə edirmiş. Qobustan rayonunun mərkəzi olan Mərzə qəsəbəsi Mərəzə yaylasının mərkəzində, magistral yolun kənannda yerləşir. Rəvayətlər sözünün dövrünün məşhur bir insanının ağır xəstə olan xanımının burada şəfa tapmasından qaynaqlandırır. Digər versiyaya görə “mərəzə" sözü ''mərz" - sərhəd, hüdud, havaqovuşan sərhəd mənasını verir.
Təbiət abidələri və mədəni irsi. Ərazi mədəni, bioloji və geoloji təbiət abidələri ilə çox zəngindir. Dünyanın və Azərbaycanın ən gözəl və ən nəhəng palçıq vulkanları burada yerləşir. Ərazinin ən maraqlı geoloji təbiət abidələri: Nərimankənddə karst mağarası ("Peyğəmbər mağarası"), Sündü kəndində karst mağaraları (“Kühüldağ’’), Poladlıda “Kühül", Sündü kəndində maraqlı əfsanəyə malik "Ağlayan qaya" və bir-birindən gözəl və möhtəşəm palçıq vulkanlarıdır. Ərazinin palçıq vulkanlarından Nardaran-Axtarma (Nardaran k.), İlanlı (Şıxzəyirli k.), Çəyirli (Çəyirli k.) vulkanları çox maraqlıdır. Qobustan sakral ərazilər - müqəddəs dağlar ilə də zəngindir. Onlar Bayanata, Qaiblər, Şaiblər dağlarıdır. Bu dağların zirvələrində övliyya məzarları mövcuddur. Bundan başqa ərazi müqəddəs və şəfaverici yerlər kimi ziyarət edilən yetmişdən çox pir, sufi dərvişlərinin məzarları, ocaqlar, türbələr (Mərəzədə “Diri-baba” (1402 ), Naburda “Pir-Əbdülkərim türbəsi "Sofu - Həmid türbəsi" (XIV əsr), Şeyx-Əyyub türbəsi” (XVII əsr) mövcuddur. Ərazi həmçinin qədim məscidlər (Sündü k., XIV əsr), karvan saralar (Mərəzədə "Şah-Abbas karvansarası", Xilmillidə karvansara qalıqları), qədim qalalar (Cəyirli kəndində “Gavurqala”, Nabur kəndində "Növürqala", Şıxlarda “Cavanşir qalası" Kolanı və Bədəlli kəndlərində qalacıq), qədim yaşayış məskənləri (Dağ Kolanı yaxınlığında Allah-Əkbər dağında “Şeyxbörkü (bərgü)" qədim yaşayış yeri, Poladlı kəndində “Kühül” qaya evləri, Qılıcan sahəsində “Şəhərgah’’), istehkamlar ilə də zəngindir. Bu abidələr içərisində “Diri-Baba” türbəsi xüsusilə seçilir. Onun haqqında avropa və şərq səyyahı və diplomatları Adam Oleari (Adam Olearius), Kornelius De Bruijin (Cornelius De Bruijin), məşhur türk səyyahı Evliyyə Çələbi məlumat verir. Abidənin ilkin forması heç kəsin əli çata bilmədiyi qayada inşa olunmuş qapalı feodal qəsrini xatırladırdı. Kvadratşəkilli günbəz sərdabələr formasındakı bu türbə 1402-ci ildə Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilmiş, 1965-ci ildə Misir Ərəb Respublikasının Prezidenti C.Əbdül Nasir Azərbaycanda olarkən türbəni ziyarət etmiş, onun bərpasını sovet rəhbərlərindən xahiş etmişdir. Ehtimala görə Məhəmməd adlı bu müqəddəs şəxs İbrahim xanın ixtiyarına din təbliğatçısı kimi göndərilmişdir. İbrahim xan da qonağın fəaliyyəti müqabilində Mərəzə torpaqlarını ona pay vermişdir. Burada islamın manteizmə qovuşan, XIV əsrə aid hürufilik təriqəti məscidi (Sündü k.) mövcuddur. Deyilənə görə hürufi şeyxi İmadəddin Nəsiminin (1369-1417) həm yaşıdı olan bu məscidin digər oxşarı Hələbdədir. Buradakı köhnə qəbiristanlıqların birində islamdan əvvəlki dövrlərə təsadüf edən, uzunluğu 2.5-3 m olan sal daşlardan yonulmuş xüsusi formalı nəhəng qəbirüstü abidələr yerləşir.
“Mərəzə”, "nəbur", "çuxanlı”, "cəmcəmli” kimi yerli xalçaları ilə dünyada məşhur olan Qobustan həmçinin şirvan xalçaçılıq mərkəzlərindən biridir.
Arxeoloji abidələri. Mərəzə qəsəbəsi yaxınlığında orta əsrlərə aid Qobustan yaşayış yeri. Poladlı kəndi yaxınlığında Antik dövrə aid Kolanı yaşayış yeri, Şorar nekropolu. Bəklə kəndi yaxınlığında Antik dövrə aid küp qəbirləri. Çalov kəndi yaxınlığında Antik dövrə aid qəbiristanlıq, ilk orta əsrlərə aid Çalov yaşayış yeri. Cəyirli kəndi yaxınlığında ilk orta əsrlərə aid Cəyirli yaşayış yeri. Şıxzahırlı kəndi yaxınlığında ilk orta əsrlərə aid Şıxzahırlı kurqanı. Sündü kəndi yaxınlığında Tunc Dövrünə aid Qədirtəpə kurqanı, Quyulu mağaralar. Qəhlə dağında orta əsrlərə aid mağaralar (8 ədəd).