Şuşa rayonu print

Suşa rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert (1978-ci ildən Əskəran rayonu, indiki Xocalı rayonu) rayonuna verilmişdir. 1965-ci ildən müstəqil rayondur. 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Geoloji quruluşu. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Mineral sular (Turşsu), bulaqlarla (isa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Landşaftları və bioloji müxtəlifliyi. Meşələrdə şərq fıstığı (Fagus orienfalis), ibcriya palıdı (Quercus iberica) və qafqaz vələsi (Carpinus caucasica) üstünlük təşkil edir.
Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160-1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları (Castanea sativa) bitir. Burada şabalıd ağacları palıd-vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri - fındıq (Corylus avellana), murdarça (Rhamnus sp.), alça (Primus divaricata), göyəm (Prunus spinosa), gərməşov (Euonymus sp.), yemişan (Crataegus sp.), əzgil (Mespilus germanica), itburnu (Rosa sp.) və s. bitir. Meşələrdə həmçinin vələs (Carpinus sp.), ağcaqayın (Acer sp.), gilas (Cerasus avium), göyrüş (Fraxinus sp.) və palıd (Quercus sp.) növləri yayılmışdır.

Fauna. Ərazi zəngin faunaya malikdir. Burada məməlilərdən canavar (Canis lupus), qonur ayı (Ursus arctos), avropa cüyürü (Capreolus capreolus), porsuq (Meles meles), qaban (Sus scrofa), çölpişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), adi kirpi (Erinaceus concolor), tirəndaz (Hystrix indica) və s. canlılar yaşayır. Quşlardan turac (Francolinus francolinus), boz kəklik (Perdix perdix), bozqır qartalı (Aquila nipalensis), bozqırmuymulu qızılquş (Falco naumanni), leşcil ağqartal (Neophron percnopterus), ağbaş kərkəs (Gyps fulvus), arıquşaoxşar bığlıca (Panurus biarmicus)

Geoloji təbiət abidələri. Daşaltı kəndində karst mağaraları. Şuşada “Şahnəzər” mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu.
Tarixi. Şuşa şəhəri Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Şəhər Qarabağ silsiləsinin Şuşa platosunda, 1400 m yüksəklikdə yerləşir. Şəhər dağ-iqlim kurortudur. Rayonun adı şəhərin adından götürülmüşdür. Şuşanın iri yaşayış məskəni, müdafiə qalası kimi ikinci dövrü Qarabağ xanı Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Pənahəli xan yaşayış məntəqəsinin ətrafına müdafiə divarı çəkmiş, buranı abadlaşdırmışdır.
Şəhər bir nüddət onun adı ilə Pənahabad adlanmışdır. Rus işğalından sonra ərazi Kaspi vilayətinə Şuşa qəzası kimi daxil edilmişdir.
Arxeoloji abidələri. Şuşa "Şahnəzər" mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 m-dir. Mağaradan Paleolitə aid iki
kobud daş çapacaq, Mezolitə aid mikrolit bıçaqlar, m.ə. V-IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
Tarixi-mədəni abidələri. Daşaltı kəndində müdafiə qalası, İbrahim- xəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875). Memar Q. Qarabaği.