Kəlbəcər rayonu print

Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. 02.04.1993-cü il tarixində ermənilər tərəfindən işğal edilmişdir.
Relyefi. Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Göyçə, Vardenis, Mıxtökəıı və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə 80-ə yaxın hündürlüyü 2000 m-dən yüksək olan zirvə mövcuddur.
Geoloji quruluşu. Yura, Tabaşir, Paleogen, Neogen, Antropogenin çökmə, vulkanogen - çökmə və vulkanik süxurları yayılmışdır.
Çayları və su hövzələri. Əsa çayları Tərtər və onun qolları olan Lev çayı, Tutqunçay, Bazarçaydı Alagöllər, Qaragöl və Zalxagöllə kimi çox gözəl gölləri vardır. Gölləriı ümumi sayı 10-dan çoxdur. Tərtərçay Kiçik Qafqazda 3120 m yüksəklikdən başlayır. Tərtərçayın 31 qolu vardır. Ərazi həmçinin bulaqlarla zəngindir (Ceyran bulağı, Yüzbulaq, Qiblə bulağı, Qırxbulaq, Ayğır bulağı və s.) . Bolsulu və itiaxınlı çayları yüksəl raftinq (iti axında xüsusi qayıqda (raft) üzmə) potensialına malikdir.
Landşaftları və bioloji müxtəlifliyi. Əsasən, çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzi və şərq hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-bozqır bitkiləri, yüksək və qismən orta dağlıqda subalp və alp çəmənlikləri vardır.
Meşələrdə respublikanın başqa rayonlarında geniş sahələrdə təsadüf edilməyən ayı fındığı (Corylus colurna) meşəliyi mövcuddur. Ayı fındığı Kəlbəcər meşələrində, əsasən, Levçayın sol sahilində yayılıb. O, dəniz səviyyəsindən 1500-2100 m yüksəkliklər arasında Çiçəkli meşəsində - Alalı, Tala, Böyük Quzey adlanan sahələrdə şimal, şimal-şərq, cənub-şərq yamaclarda yayılıb. Burada meşənin tərkibində ayı fındığı, palıd, vələs, qoz, cökə, fıstıq cinsləri ilə qarışıq halda bitir. Ağacların orta hündürlüyü 25 m, diametri 48 sm, bəzi nüsxələrdə 120 sm-ə çatır. Bundan əlavə Kəlbəcərdə cır badam, qaracöhrə, tozağac və s. nadir ağac cinsləri də yayılmışdır.
Rayonun orta dağlıq hissəsində meşə örtüyü, yüksək dağlıqda isə subalp və alp çəmənləri geniş sahə tutur.
Ümumi meşə ilə örtülü sahə 28.000 hektardır. Onun 11.000 hektarında vələs (Carpinus caucasica), 9400 hektarında isə iberiya palıdı (Quercus iberica) və şərq palıdı (Q.macranthera) üstünlük təşkil edir.
Ona dağlıq zonanın meşələrində palıd, fıstıq və vələs meşələrinə ağcaqayın növləri (Acer sp.), qarağac (Ulmus sp.), cökə (Tilia sp.), ayı fındığı (Corylus colurna), adi göyrüş (Fraxinus excelsior) və b. ağac cinsləri qarışır. Meşəaltı kollardan yemişan (Crataegus sp.), əzgil (Mespilus sp.). doqquzdon (Lonicera sp.) və b. bitir.
Yüksək dağlıq zonada Ağqayaçayın sol sahilində (Dəlidağsuçayın qolu) dəniz səviyyəsindən 2200-2400 m yüksəklikdə dik yamacların şimal cəhətlərində geniş sahədə tozağa- cı meşələri saqqallı tozağac (Betula barbata), sallaq tozağac (B.pendula) meşələri yayılmışdır. Bu meşələrin tərkibinə çoxlu miqdarda qafqaz quşarmudu (Sorbus caucasigena), şərq palıdı (Q.macranthera), Trautvetter ağcaqayını (A.trautvetteri), yalançı çinaryarpaq ağcaqayın (A.pseudoplatanus) qarışır. Kol cinslərindən gərməşov (Euonymus sp.), doqquzdon (Lonicera sp.), itburnu (Rosa sp.), qarağat (Ribes sp.), moruq (Rubus idaeus) geniş yayılmışdır.
Ot bitkiləri örtük əmələ gətirir. Onlardan qırtıc (Poa sp.). şaxduran (Alchemilla sp.), novruzçiçək (Primula sp.), çiyələk (Fragaria sp.), sürvə (Salvia sp.), gicitkanı (Urtica sp.) göstərmək olar.
Hündürboylu subalp otluqlarına az rast gəlinir. Dəniz səviyyəsindən 2400 m-dən yüksəklikdə - alp zonasında taxılotlu çəmənlərin tərkibinə topal (Festuca varia), ağbığ (Nardus sp.), qırtıc (Poa sp.) çəmənlikləri daxil olur. Zəngçiçəyi (Campanula sp.), şaxduran (Alchemilla sp.) üstünlük təşkil edən müxtəlifotlu alp çəmənlikləri də geniş yayılmışdır. Alp xalılarına az rast gəlinir. Burada həmçinin cil (Carex sp.) çəmənlərinə təsadüf edilir.
Fauna. Ərazidə qayakeçisi (Capra aegagrus), qonur ayı (Ursus arctos), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus), cüyür (Capreolus capreolus), qaban (Sus scrofa), daşlıq dələsi (Martes foina), qafqaz uları (Tetraogallus caucasicus), qartal və s. canlılara rast gəlinir.
Geoloji təbiət abidələri. Əsrarəngiz 30-a qədər göllər sistemi olan Ala göllər qrupu, kaskad şəlalələr, karst mağaraları, müalicəvi mineral su mənbələri mövcuddur. İstisu kəndinin dünyada məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Digər geoloji təbiət abidəsi bazalt süxurlarından formalaşmış (Tabaşir Dövrünə aid; 150-200 mln. il əvvəl) sütunvari ayırmalar, kanyonlar (Çiçəklidağ, Qamışlı, Levçay, Tutxunçay ətrafı, Tatlar k.), qayalıq dağlar (Keçəldağ), müxtəlif qaya kompozisiyalarıdır (“Papaq qaya" və s.). Tərtər, Qaraarxac, Tutxun, Hapım, Lev və s. çaylar boyu xırda şəlalələr (şırşırlar) mövcuddur. Tərtər, Ağzıbir (Bəyli k.) və Hapım (Bağırlı k.) şəlalələri çox mənzərəlidir. Qamışlı kəndində Qamışlı karst mağarası, Zar kəndində mağaralar və dirək qayalara rast gəlinir.
Azərbaycanda ilk yüksək dağlıq zonaya aid Tunc dövrünün yaşayış məskəni (Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqılı və Pəriçınqılı dağlarındakı e.ə. Ill minilliyə aid qaya təsvirləri)
Arxeoloji abidələri. Qaragöl və Zalxagöl sahillərində, Ayıçınqıl və Pəriçınqıl dağlarında, dəniz səviyyəsindən 3000 m yüksəklikdə Kəlbəcər Qaya Təsvirləri. Təsvirlər möhkəm bazalt qayalara döymə və kəsmə üsulu ilə həkk edilmişdir. Rəsmlərdə öküz qoşulmuş ibtidai xışla yer şumlanması, taxıl biçini və döyülməsi, ov və dini mərasim səhnələri, maral, dağ keçisi, canavar, bəbir təsvir olunmuşdur. Təsvirlər Tunc Dövrünün başlanğıcına (m.ə. III minilliyə) aid edilir. Təsvirlərin yaxınlığında m.ə. III minilliyə aid yaşayış yeri, diametri 20 m, divarlarının qalınlığı 2 m olan dairəvi tikili qalığı, gil qablar, dən daşları, obsidiandan hazırlanmış bıçaqlar, ox ucluqları tapılmışdır. İstisu qəsəbəsi yaxınlığında Tunc Dövrünə aid yaşayış yeri.
Tarixi-mədəni abidələri. Qıldıran kəndində alban məbədi (XII əsr). Dovşanlar kəndində Kilsə (1668). Kolatağ kəndində müqəddəs Yaqub kilsəsi (635). Bazarkənddə məbəd (1251). Yayıcı kəndində alban məbədi (672). Cormanlı kəndində alban məbədi (X əsr). Vəngli kəndində Gəncəsər monastn (1238). Həsənriz kəndində alban məbədi (1283). Qozlu kəndində Xatırvəng məbədi (1204). Şorbulaq qəsəbəsində alban məbədi (XIII əsr). Qaladüzü alban məbədi. Qaraxançallı kəndində Uluxan qalası (XVII əsr).