Alt aləm: Phycobionta - Əsl yosunlar print

Bədənləri tallom şəklindədir. 30.000-ə qədər növü var. Həm birhüceyrəli, həm də çoxhüceyrəli nümayəndələrinə rast gəlinir. Onlar, əsasən, şirin su hövzələrində yaşayır, lakin torpaqda, hətta qar və buzda da yaşaya bilən yosun növləri mövcuddur.

Birhüceyrəli yosunlar bölünmə yolu ilə, çoxhüceyrəli yosunlar isə cinsi və qeyri-cinsi yolla çoxalır. Alqoloq-alimlər yosunları bir neçə şöbəyə bölürlər.