Cins: Hedera - Daş sarmaşığı print

Avroasiya və Aralıq dənizi ölkələrində yayılan 15 növündən Azərbaycanda 4 növünə rast gəlinir. Onlardan 2-si yabanı halda bitir, 2-si isə kulturada becərilir. Yabanı növlərdən biri – Pastuxov daşsarmaşığı Azərbaycandan (Qusar ətrafı) təsvir olunub, respublikanın Böyük Qafqaz və Lənkəran rayonu ərazilərindəki meşələrdə yayılıb. Digər yabanı növ (Qafqaz daşsarmaşığı) Gürcüstandan təsvir olunub, Azərbaycanda isə Böyük Qafqazın şərq hissəsi üçün göstərilir. Cinsin daha bir növü (sarıgilə daşsarmaşığı) kulturada rast gəlinir. Çiçəkləri müntəzəm, ikicinsli, 5 üzvlüdür. Meyvəsi giləmeyvəyə oxşardır. Dırmaşan, həmişəyaşıl kol bitkiləridir. Yaşıllaşdırmada geniş istifadə olunur.