Cins: Juniperus - Ardıc print

Şimal yarımkürəsində yayılan 40-a yaxın növü var. Azərbaycanda 8 növü yayılıb. Respublikanın əksər rayonlarında, aşağı və orta dağ qurşağında, bəzən subalp qurşağadək daşlı-qayalı yamaclarda rast gəlinir. Türyançay Qoruğunda daha iri massivi vardır. Həmişəyaşıl kol və alçaqboylu ağaclardır. Yarpaqları iynə və ya pulcuq şəkilli olub, dəstələrlə yerləşir. Toxumları 1-10 sayda olub, uzunsov, qanadsız, yetişəndə qoza pulcuqları ətləşir və qara, bənövşəyi, çəhrayı rəngli giləmeyvəyə bənzər şəkil alır. Texniki, dərman, vitaminli bitkidir.