Cins: Pinus - Şam print

Fəsilədə ən iri cins olub, 100-ə yaxın növü var. Əsasən, hündür, həmişəyaşıl, olduqca dekorativ bitkilərdir. İynəyarpaqların sayı, toxum pulcuqlarının forması, yarpağın rəngi və meqastrobilin forması sistematik əlamətlərdir. Şamların qatranından sənayedə istifadə olunur. Eroziyaya qarşı davamlı ağac bitkiləridir.