Cins: Swida - Qaramurdarça və ya dəli zoğal print

Əsasən, Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılan 40 növü var. Azərbaycanda 4 növü yayılmışdır. Qaramurdarça (Swida) zoğaldan (Cornus) çiçəyin ağ rəngdə, çiçək qrupunun qalxanşəkilli (zoğalda çətirşəkillidir) və meyvəsinin qara rəngli olması ilə fərqlənir.Dekorativ bitkilərdir. Qabığında çoxlu aşı maddəsi var. Canlı çəpər salınmasında və yaşıllaşdırmada istifadə olunur.