Növ: Bungea trifida print

Azərbaycanın əksər rayonlarında, aşağı və orta dağ qurşağındakı quraq, daşlı, gilli yamaclarda, qaya töküntüləri arasında rast gəlinir. Hündürlüyü 10-20 sm olan, çoxillik, üzəri qısa tükcüklərlə örtülü olan bitkidir. Çiçəkləri sünbülşəkilli çiçək qrupuna yığılmışdır. Tacı sarı rəngli, qutucuğu uzunsov, ovaldır.