Növ: Capsella bursa-pastoris - Adi quşəppəyi print

Bu növə respublikanın bütün rayonlarında, arandan yuxarı dağ qurşağınadək hər yerdə, alaq bitkisi kimi bostan, bağ və tarla bitkiləri arasında, yol kənarında, yaşayış evləri ətrafında rast gəlinir. Alçaq boylu, ləçəkləri ağ, buynuzcuğu ürəkşəkilli olan birillik ot bitkisidir. Polimorf növdür. Cavan yarpaqları yeməlidir, “C” vitamini ilə zəngindir, qandayandırıcı vasitə kimi istifadə olunur.