Növ: Rapistrum rugosum - Turpəng print

Bu növə respublikanın əksər rayonlarında, orta dağ qurşağınadək quraq yamaclarda, alaq bitkiləri arasında, əkinlərdə və yol kənarlarında təsadüf olunur. Əlvan sarı rəngli ləçəkləri olan birillik ot bitkisidir. Əsas əlamətlərindən biri 2 hissəli, açılmayan buynuzcuq tipli meyvəsidir. Aşağı hissəsi çiçək saplağını xatırladır, 1-3 toxumludur (bəzən toxumsuz), yuxarı isə hissəsi oval olub, birtoxumludur.