Növ: Eupatorium cannabinum - Kənafvari asırqalotu print

Əksər rayonlarda, arandan subalp qurşağadək meşələrin rütubətli sahələrində, çay və bulaqların ətrafında yayılmışdır. Çoxillik, hündürlüyü 50-150 sm olan, gövdəsi yaşılımtıl, qısa tükcüklü, yuxarısında budaqlanan bitkidir. Yarpağı qısa saplaqlı, 3-5 bölümlüdür. Səbətdə çiçəkləri 3-7 olmaqla qalxanvari süpürgə tipli çiçək qrupuna yığılır. Örtük yarpaqları 9-10 yarpaqcıqlı, tacı çəhrayı, toxumca meyvəsi qaramtıl, kəkilli (uçağanı) toxumcadan uzun, kələ-kötür tükcüklüdür. Toxumu yağlı bitkidir.