Növ: Gadellia lactiflora print

Azərbaycanda – Böyük və Kiçik Qafqaz regionlarında, yuxarı meşə və subalp qurşaqlarda meşə və çəmən bitkiliyi tərkibində yayılmışdır. Hündür boylu (1.5-2 m), çoxillik bitkilərdir. Yarpaqları uzunsov-ovaldır. Solğun göyümtül yaxud ağ rəngli çiçəkləri çoxçiçəkli süpürgə tipli çiçək qrupuna yığılmışdır. Dekorativ və balverən bitkilərdir.