Növ: Spirodela polyrrhiza - Adi üzgəcotu print

Bu növə Lənkəran və Kür aranı rayonlarında arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda rast gəlinir. Gövdəsinin qonur-qırmızı rəngli olması səciyyəvi əlamət hesab edilir. Quşların qidasını təşkil edir, həmçinin xalq təbabətində revmatizmə qarşı istifadə olunur.