Cins: Convolvulus - Sarmaşıq print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Convolvulaceae
- Cins: Convolvulus
Aralıq dənizi ətrafı ölkələrində və Qafqazda 200-ə qədər növü var. Azərbaycanda 8 növün yayılması qeyd olunur. Çoxillik ot, yarımkolcuq bitkilərdir. Dəniz sahili qumluqlardan orta dağ qurşağınadək ən müxtəlif bitmə şəraitlərində, meşə və kolluqlarda, çay kənarı, əkin və bostanlarda və s. rast gəlir. Ən geniş yayılanı çöl sarmaşığıdır (C. arvensis). Cinsin növləri bir-birindən gövdə və yarpağın əlamətləri, xüsusən onların tükcüklərlə örtülmə xüsusiyyətləri ilə fərqlənir. Kökləri uzun və budaqlıdır. Köklər torpaqda dərinə gedir və kök bicləri əmələ gətirir. Alaq kimi əkinlərdə yayılan çöl sarmaşığı bitkilərə sarmaşaraq qalxır, onların normal inkişafına mane olur. Bəzi növləri xalq təbabətində mədə xəstəliklərinin müalicəsində istifadə olunur.
- Növ: Convolvulus arvensis - Çöl sarmaşığı
- Növ: Convolvulus cantabrica
- Növ: Convolvulus commutatus
- Növ: Convolvulus erinaceus
- Növ: Convolvulus lineatus
- Növ: Convolvulus pentapetaloides
- Növ: Convolvulus persicus - İran sarmaşığı
- Növ: Convolvulus pilosellifolius