Cins: Koramalotu və ya ilandili (Ophioglossum) print

Cinsin 2 növü var. Cinsin növləri xırda, hündürlüyü 5-30 sm olan çoxillik, kökümsovlu bitkilərdir. Yarpaq sporsuz və sporlu (sporangi daşıyan) hissələrdən ibarətdir. Sporsuz hissə oval formalı, sporlu hissə isə yarpaqların ortasından yuxarı qalxan sünbülcük formasındadır.