Növ: Rhinopetalum gibbosum print

Naxçıvan MR-da aşağı dağ qurşağında, daşlı yamaclarda, əsasən gilli torpaqlı yerlərdə bitir. Hündürlüyü 15-20 sm olan, çoxillik soğanaqlı bitkidir. Zəngşəkilli çiçəkləri 2-8 ədəd olub, seyrək salxım çiçək qrupuna toplanır. Ləçəkləri yasəmən rənglidir, qaidəsində bənövşəyi ləkəlidir. Dekorativ bitkidir.