Növ: Convallaria majalis - May inciçiçəyi print

Bu növ yayıldığı geniş ərazilərdə bir çox yarımnövlərə və növ müxtəlifliklərinə ayrılır. Çiçək oxu yarpaqsızdır, çoxsaylı çiçəkləri zoğun yuxarısında birtərəfli salxım tipli çiçək qrupuna toplanır. Yarpaqları kök ətrafında yerləşir. Ağ rəngli, zəngvari zərif çiçəkləri ilə seçilir. Meyvəsi qırmızı rəngli giləmeyvələrdir. İnciçiçəyi ətirli bitkidir. Çiçəklərindən və yarpaqlarından ürək xəstəliklərinin müalicəsində istifadə olunan “karvalol” alınır. Dekorativ bitki kimi də qiymətlidir. Azərbaycanda Kiçik Qafqazın dağ meşələrində, rütubətli çəmənliklərdə yayılır. Bundan başqa C.majalis geniş becərilir.