Növ: Ipomoea purpurea print

Sarınan gövdəli bitkidir. İri çiçəkləri tək-tək və ya bir neçəsi birgə yarpaq qoltuğunda yerləşir. Tacı qıfvari yaxud zəngşəkilli olub, göy bənövşəyi-çəhrayı və ya al-qırmızı (purpur) rənglidir. Meyvəsi 3 yuvalı qutucuqdur.