Növ: Tamus communis - Adi giləzəhər print

Yeraltı kökyumrularına malik çoxillik sarmaşan bitkidir. Bircinsli, ikievli bitkidir. Yarpaqları ürəkşəkilli, çiçəkyanlığı sarımtıldır. Meyvələri şarşəkilli, qırmızıdır. Talışda, Kiçik və Böyük Qafqazda yuxarı dağ qurşağınadək meşələrdə, meşənin açıq yerlərində rast gəlinir. Dərman bitkisidir. Meyvələri zəhərlidir.