Sinif: Chilopoda - Dodaqayaqlılar print

Dodaqayaqlılar (Chilopoda) sinfinin nümayəndələri 15–23 cüt ayağa malik, müxtəlif onurğasızlarla qidalanan yırtıcılardır. Onlar, əsasən, torpaqda, daşların və kötüklərin altında, meşə döşənəyində, ağac qabığında yaşayırlar. Bədənləri dartılmış, bel, qarın istiqamətində yastılaşmış olur. Şikarı bədən ətrafındakı birinci (daxilində zəhər vəzisi olan) caynaq çıxıntı (dodaqayaq) vasitəsilə tutaraq saxlayır. Nəhəng (skolopendrlər) çayanlar (Scolopendra gigantea) quşlara, kərtənkələlərə, quru qurbağalarına hücum edir. Onların bəzilərinin zəhəri insan həyatı üçün təhlükəli olub, qıcolma və iflicə səbəb olur. Tor ifraz edirlər.

Dünyada 3 minə yaxın,  Azərbaycanda 4 dəstəyə aid 60-a yaxın növü təsvir edilmişdir: Geofillər (Geophilomorpha), Çayankimilər (Scolopendromorpha), Sümükcələr (Lithobiomorpha) və Milçəktutanlar (Scutigeromorpha) dəstələri. Bunlar Geophilus caucasicus, G.transmontanus, Pleurogeophilus caucasicus, Pachymerium ferriginium, Clinopodes escherichii, Brachygeophilus sukacevi, Scolopendra aralocaspica, S.cingulata, Scutigera coleoptrata, kor skolopendrlar fəsiləsinə aid Cryptops punctatus və s. növlərdir. Azərbaycanın dodaqayaqlı faunasında Sümükcələr (Lithobiomorpha) dəstəsi daha geniş təmsil olunmuşdur (40-a yaxın növ və alt növ). Onların böyük hissəsi Lithobius (14 növ) və Monotarsobus (18) cinslərinə aiddir. Bunlar Harpolithobius perplexus, Lithobius portschinskii, L.viridis, L.kessleri, L.pusilus, L.asoer, L.antipai, L.oblongus, Monotarsobius cutipes, M.curtipes və s.-dir.