Növ: Dictamnus caucasicus - Qafqaz alışanı print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Rutaceae
- Cins: Dictamnus
- Növ: Dictamnus caucasicus
Dictamnus caucasicus - Qafqaz alışanı Azərbaycanda - Qafqaz və Naxçıvan regionlarında, aşağı və orta dağ qurşaqlarında, seyrək meşə və kolluqlarda, daşlı-qayalı yamaclarda, çay vadilərində yayılmışdır. Çoxillik ot bitkisidir. Gövdəsinin tükcüklü olması, salxım tipli çiçək qrupu, göyümtül-qırmızı rəngli, erkəkcik sapları uzun olan çiçəkləri ilə asan seçilir.