Növ: Nicotiana tabacum - Adi tütün print

Adi tütün növü (N.tabacum) birillik, hündürboylu bitkidir. Çiçəkləri iridir, qısasaplaqlıdır, çəhrayı və ya qırmızı rənglidir, süpürgə çiçək qrupuna yığılmışdır. Vətəni Cənubi Amerikadır. Azərbaycanda əsasən aşağı və orta dağ qurşağı rayonlarında becərilir. Adi tütünün yarpaqlarından sənayedə papiros istehsalı üçün istifadə olunur. Adi tütünün yarpağından alınan təmiz nikotin çox güclü zəhərdir. Adi tütün yarpağından hazırlanan toz və habelə nikotin kənd təsərrüfatı zərərvericiləri ilə mübarizədə istifadə olunur.