Cins: Aristolochia - Zəravənd print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Aristolochiaceae
- Cins: Aristolochia
Dünyanın əsasən isti iqlimli ölkələrində yayılan 180 növü var. Azərbaycanda 4 növü məlumdur. Onlara Böyük və Kiçik Qafqaz regionlarında, eləcə də Naxçıvanda aşağı və orta dağ qurşağında meşə və kolluqlarda rast gəlinir. Növlərin təyinində çiçəyin rəngi və düzülüşü, yarpağın əlamətlərindən istifadə olunur. Dekorativ ot bitkiləridir. Bəzi növləri xalq təbabətində istifadə olunur.
- Növ: Aristolochia bottae
- Növ: Aristolochia clematitis - Ağəsməyəbənzər zəravənd
- Növ: Aristolochia iberica - Gürcü zəravəndi
- Növ: Aristolochia hyrcana