Növ: Empetrum caucasicum - Qafqaz şümrəyi print

Empetrum caucasicumQafqaz şümrəyi Böyük Qafqazın qərbi və Kiçik Qafqazın şimalında, subalp və alp qurşaqda qayalarda seyrək şəkildə yayılmışdır. Çiçəkləri ikicinsli, ləçəkləri qırmızımtıl rəngdədir. Meyvəsi qara rəngli giləmeyvə olan həmişəyaşıl kolcuqdur. Meyvəsində “C” vitamini vardır.