Növ: Ecballium elaterium - Adi dəlixiyar print

Bu növə, həmçinin arandan yuxarı dağ qurşağına kimi hər yerdə, alaq bitkisi şəklində əkinlərdə, dincə qoyulmuş sahələrdə, yolların kənarlarında təsadüf olunur. Çoxillik, gövdələri sərilən, üzəri cod tüklərlə örtülü bitkidir. Yarpaqları 3 bölümlüdür. Tacı açıq-sarı rənglidir. Uzunsov xırda meyvələri əvvəl yaşıl, sonra solğun-sarı rəngli olur, üzəri tikanvari cod tüklərlə örtülüdür, yetişəndə saplağından ayrılır və bu zaman əmələ gələn deşikdən meyvənin içərisində olan maye və toxumlar təzyiqlə kənara atılır. Zəhərli bitkilərdir.