Növ: Chrysosplenium alternifolium print

Bu növ nadir bitkilərdən olub, respublikada yalnız Kiçik Qafqazın Şimalından ( Xanlar r-nu) aşağı dağ qurşağının meşələrindən məlumdur. Fəsilənin digər cinsindən (daşdələn) çiçəkyanlığının bəsit olub yalnız 4 bölümlü kasayarpağının olması və erkəkciklərin 8 saylı olması ilə fərqlənir. Gövdəsi 5-10 sm hündürlükdə, yarpaqları növbəli düzülən çoxillik ot bitkisidir.