Növ: Kosteletzkya pentacarpa print

Bu növə Lənkəran ovalığında sahil boyu ərazilərdə, rütubətli yerlərdə rast gəlinir. Fəsilənin digər cinslərindən meyvəsinin qutucuq tipli olması və bu əlamətlə oxşar olan hibiskusdan qutucuq yuvasının birtoxumlu olması ilə seçilir. Üzəri ulduzvari tükcüklərlə örtülü olan çoxillik ot bitkisidir. Dekorativ və lifli bitkidir.