Cins: Daphne - Canavargiləsi print

Avropa və Şimali Afrikadan Şərqi və Cənubi-Şərqi Asiya, Avstraliya və Sakit okean adalarına qədər geniş areala malik 70-dən çox növü var. Onlardan 6-sı Azərbaycanda Böyük və Kiçik Qafqaz və Naxçıvanda arandan alp qurşağınadək (3800 m), ayrı-ayrı və qruplar halında, meşələrdə, kolluqlarda, çay sahillərdə, həmçinin daşlı-qayalı yerlərdə və alp çəmənlərdə rast gəlinir. Yarpağın konsistensiyası, çiçəyin rəngi növlərin təyinində istifadə olunan əsas əlamətlərdir. Kol bitkiləridir. Zəhərli bitkidir. Ondan alınan mezerin qətranı, dafnin qlükozidi və bir sıra kumarin birləşmələri tibdə istifadə olunur. D.kurdica növü Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib .