Növ: Diarthron vesiculosum print

Bu növ Naxçıvan, Kiçik Qafqazın cənubu, Kür düzənliyində, dağətəyi və aşağı dağ qurşağında quraq yamaclarda və yarımsəhra bitkiliyində seyrək halda yayılıb və ya cəngəlliklər əmələ gətirir. Yarpağı növbəli düzülən, xətvari formadadır. Çiçəkləri ikicinsli və xırdadır. Erkəkcikləri 8, meyvəsi fındıqca tiplidir. Birillik ot bitkiləridir .