Növ: Stelleropsis magakjanii print

Bu növə Naxçıvanın dağlıq ərazisində, subalp qurşaqda, daşlı-qayalı yerlərdə rast gəlinir. 10-12 sm hündürlükdə yarımkoldur. Çiçəkləri sarı, baçcıq çiçək qrupuna yığılandır. Yarpaqları ellipsşəkilli, növbəli düzüləndir. Ehtiyatı çox azdır. Relikt və Qafqaz endemi kimi Azərbaycanın “Qırmızı kitab”ına da daxil edilib. Elmi baxımdan maraqlı bitkidir. Həmçinin dekorativ əhəmiyyəti var.