Növ: Cneorum tricoccum print

Cneorum tricoccum - üçdənli kneorum həmişəyaşıl kol bitkisidir. Zoğları çılpaq, yaşıl, yarpaqları sadə, xətvari-uzunsov, tamkənarlı, dərivari, bozumtul-yaşıl rənglidir. Çiçəkləri sarı, tək-tək, yaxud 2 çiçəkli, çətir tipli çiçək qrupunda toplanmışdır, ikicinslidir. Meyvəsi (çəyirdəyi) qəhvəyi-qırmızı rənglidir. Bakıda Mərkəzi Nəbatat Bağında və Mərdəkanda becərilir. Dekorativ bitkidir, yaşıllaşdırmada istifadə olunur.