Növ: Fortunella japonica - Yapon kinkanı print

Lənkəran-Astara bölgəsində həyətyanı sahələrdə becərilir. Hündürlüyü 3 m-ə çatan həmişəyaşıl ağac yaxud koldur. Sıx çətirli, üçtilli yaşıl budaqlı, uzunsov-ellipsşəkilli yarpaqlıdır. Çiçəkləri ağ, ətirli, meyvəsi sarı, yumrudur. Meyvəsi təzə halda qabığı ilə birlikdə yeyilir, üzvi maddələrlə zəngindir. Otaq bitkisi kimi də becərilə bilər.