Növ: Cotinus coggygria print

Respublikanın Qafqaz, Kür düzü, Kür-Araz ovalığı, Bozqır yayla ərazilərində orta dağ qurşağına kimi quraq dağ yamaclarında, kolluqlarda bitir. Hündürlüyü 5 m-ə çatan koldur. Yarpaqları sadə olub, tamkənarlı olması ilə sumaqdan seçilir. Xırda çiçəkləri çəhrayı yaxud qırmızımtıl rənglidir, süpürgə tipli çiçək qrupuna yığılmışdır. Efir yağlı, aşı maddəli bitkidir. Ətriyyatda, tibbdə və boya sahələrində və yaşıllıqların salınmasında geniş istifadə olunur.