Növ: Rhus coriaria - Aşı sumağı print

Qafqaz, Naxçıvan, Kür-Araz, Samur-Dəvəçi ovalığı ərazilərində orta dağ qurşağınadək quraq yamaclarda, əkinə yararsız torpaqlarda, kolluqlarda yayılmışdır. Hündürlüyü 8 m-ə çatan ağac və ya koldur. Yarpaqları lələkvaridir. Çiçəkləri xırda, müxtəlifcinsli olub, süpürgəvarı çiçək qrupuna toplanmışdır. Meyvəsi qonur-qırmızı rənglidir. Aşı, boya, dərman, ədviyyat əhəmiyyətli bitkidir.