Növ: Oxalis acetosella print

Abşeron, Gəncə və respublikanın bir sıra şimal-şərq və qərb rayonlarında yayılmışdır. Gövdəsiz, sürünən kökümsovlu, yarpaqaltlığına malik çoxillik ot bitkisidir. Ağ yaxud çəhrayı rəngli çiçəkləri tək-tək yerləşir. Qutucuqşəkilli meyvəsi çılpaqdır. Qida, ədviyyat, "C" vitaminli, üzvi turşularla zəngin və dərman əhəmiyyətli bitkidir.