Növ: Xanthoxalis corniculata print

Lənkəran, Kür-Araz ovalığı, Alazan-Əyriçay vadisi, Böyük Qafqaz və Abşeron rayonlarında aşağı dağ qurşağınadək rütubətli meşələrdə, yol, kanal, çay kənarlarında, bağ və bostanlarda bitir. Bir, bəzən ikiillik ot bitkisidir. Gövdəsi düz qalxan, bəzən sürünəndir. Sarı rəngli çiçəkləri 2-3 (5) olmaqla yerləşir, yarpaqaltlığı inkişaf etmir. Qutucuq meyvəsi tükcüklüdür. Qida və ədviyyat bitkisidir.