Cins Pelargonium - Şamdangülü + print

Əsasən, Cənubi Afrikada yayılan 250-ə yaxın növü var. Azərbaycanda bir neçə növü və hibrid formaları dekorativ otaq bitkisi kimi becərilir. Çiçəkləri qeyri-müntəzəmdir. Erkəkcikləri 10 ədəd olub, 3-4 ədədi tozluqsuzdur. Kasayarpağı və ləçəkləri 5, meyvəciyi birtoxumlu, əlavəsi yuxarıya doğru burulandır.