Cins: Thesium - Kətəv print

Avstraliyadan başqa dünyanın əksər ölkələrində 100-dən çox növü yayılmışdır. Azərbaycanda 5 növə rast gəlinir. Onlardan 2-si Azərbaycandan təsvir olunub. Onlara əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək gilli, qumlu, çınqıllı torpaqlarda, quraq yamaclarda, əkinlərdə rast gəlinir. Çoxillik ot bitkiləridir. Çiçəkləri ikicinsli, müntəzəm, çiçəkyanlığı sadə, otvari, 4-5 bölümlüdür. Erkəkcikləri bölümlərin sayı qədər, yumurtalığı alt vəziyyətdə, meyvəsi fındıqcadır.