Növ: Arceuthobium oxycedri - Ardıcvari arsitobium print

Azərbaycanda bu bitkiyə Böyük Qafqazın şərqində, Bozqır yaylada ardıc bitkiləri üzərində təsadüf edilir. Dünyada ən xırda ölçülü ikiləpəli bitkilərdəndir. Çox budaqlanan, hündürlüyü 2-20 sm olan, gövdəsi buğumlu kolcuqdur. Yarpaqları xırda, pulcuqvari olub, 2-2 oturaraq qın əmələ gətirir. Çiçəkləri tək-tək, yarpaqların qoltuğunda yerləşir, ikievlidir. Çiçəkyanlığı bəsit, 2-5 (4) üzvlü, reduksiyaya uğramış (xüsusən dişi cinsli çiçəklərdə), erkəkcikləri çiçəkyanlığının sayı qədərdir. Dişi çiçəkləri boruşəkilli, 2 bölümlü, sütuncuğu qısadır, 3-4 meyvəyarpağından ibarətdir. Yumurtalıq əlt vəziyyətdə, biryuvalıdır. Meyvəsi mavi rəngli, yalançı giləmeyvəşəkillidir. Ağacların inkişafına ziyan vurur.