Növ: Hippophae rhamnoides - Murdarçayabənzər çaytikanı print

Bu növ respublikanın Qafqaz, Talış və Naxçıvan bölgələrində, eləcə də Samur-Dəvəçi, Alazan-Əyriçay, Bozqır yayla ərazilərində arandan yuxarı dağ qurşağınadək (2000 m) çay vadilərində, çay basar yerlərdə, tuqay meşələrində, qayalı yerlərdə qrup halında yayılır. Bəzən sıx cəngəlliklər əmələ gətirir. Hündürlüyü 10 m-ə çatan ağac və koldur. Bircinsli ikievli bitkidir. Yarpaqları gümüşü rəngli, parlaqdır. Çiçəkləri xırda, sarımtıl, meyvəsi oval, çəhrayı və sarımtıl rənglidir. Meyvələri vitaminlərlə zəngindir, dərman, balverən, boya əhəmiyyətli, dekorativ bitkidir.

 

https://www.plantarium.ru/page/image/id/707893.html 

https://www.plantarium.ru/page/image/id/707894.html?fbclid=IwAR0mibHuwJThKZgNovDuMQECo7sih2VIKiyKD7MDAjr9lQX2cg8D5sPWQ7A