Fəsilə: Elaeagnaceae - İydəkimilər print

Şimal yarımkürəsinin subtropik və mülayim iqlimli ölkələrində yayılan 3 cins üzrə 50 növü var. Bunlardan 2 cinsin (Elaeagnus, Hippophae) nümayəndələri Azərbaycanda yayılıb. Ağac və kol bitkiləridir. Çiçəkləri bir və ya ikicinsli, yumurtalığı üst vəziyyətdədir. Meyvələri çəyirdəkmeyvəyə oxşardır. Faydalı bitkilərdir. Fəsilə daxilində cinslər çiçəyin ikicinsli (Elaeagnus) yaxud bircinsli (Hippophae) və çiçəkyanlığının 2 bölümlü (Hippophae) və ya 4 bölümlü (Elaeagnus) olması ilə fərqlənir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.