Fəsilə: Tamaricaceae - Yulğunçiçəklilər print

Avroasiya və Afrikada yayılan 3 cins üzrə 85 növü vardır. Azərbaycanda 3 cinsi məlumdur. Fəsilənin nümayəndələri pulcuğa və ya bizəbənzər xırda yarpaqlı yarımkol, kol və ya alçaq boylu ağaclardır. Fəsilə daxilində cinslər çiçəyin ölçüləri, düzülüşü, erkəkciklərin sayı, sərbəst və ya bitişik olması kimi əlamətləri ilə fərqləndirilir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.