Fəsilə: Polygonaceae - Qırxbuğumkimilər print

Dünyanın əksər materiklərində, xüsusən, şimal qurşaqda geniş yayılan 30 cinsə toplanan 800-dən çox növü əhatə edir. Çiçəkləri xırdadır, ikicinsli, bəzən bircinsli olur. Əsasən, ot bitkiləridir. Fəsilənin nümayəndələri müxtəlif ekoloji-coğrafi şəraitdə yayılmışlar. Himalay dağlarında Rheum növləri bəzən 5100 m hündürlüyə qədər qalxa bilir. Fəsilə üçün səciyyəvi əlamətlərdən biri çiçəkləmə və meyvə əmələgəlmə proseslərinin daha intensiv baş verməsidir. Fəsilə daxilindəki növlərdə, xüsusən onların yeraltı orqanlarında aşı maddələri çoxdur. Növlərin çoxu vitaminli, qida, boyaq və dekorativ bitkilərdir. Alaq bitkisi olan növləri də vardır. Azərbaycanda fəsilənin 11 cins üzrə 82 növü vardır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.