Fəsilə: Gentianaceae - Acıçiçəkkimilər print

Dünyanın demək olar ki, bütün ölkələrində yayılan 80 cins üzrə 1000-dən çox növü var. Mülayim iqlimli və dağlıq ölkələrdə bir və çoxillik, tropik və subtropiklərdə isə ağac və kol formaları yayılıb. Azərbaycanda ot formalarına rast gəlinir. Gentianopsis növlərində tacda ləçəklərin sayı 4 olub, onların arasında saçaqlı həlqəşəkilli əlavə pulcuq yoxdur. Gentianella növlərində isə tacda ləçəklər 5 ədəd (bəzən 4) olub, onların arasında saçaqlı həlqəşəkilli əlavə vardır.

Fəsilənin növləri ot bitkiləridir. Yarpaqları qarşılıqlı, bəzən növbəli düzülür. Çiçəkləri ikicinsli, müntəzəm, 4-5 (bəzən 6-8) üzvlü, kasacıq boru və ya zəngşəkilli, tacı 5 (4-8) bölümlüdür. Erkəkcikləri tacın bölümləri sayda, yumurtalıq üst vəziyyətdədir. Meyvəsi qutucuq tiplidir. Müasir Azərbaycan florasında fəsilənin 6 cinsin növlərinə rast gəlinir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.