Növ: Hippuris vulgaris print

Əəvvəllər yalnız Böyük Qafqazdan məlum olsa da, sonralar Kiçik Qafqazdan – Xanlar, Ağgöl, Kəlbəcər, Qanlıgöldə də rast gəlinmişdir. Orta dağ qurşağınadək xırda axmazlarda və bataqlıqlarda yayılır. Çoxillik bitkidir. Gövdəsi sürünən, buğumlu, xətvari yarpaqları dəstələrdə yerləşir. Çiçəkləri son dərəcə reduksiyaya uğramış, xırda, ləçəkləri inkişaf etməmişdir. Erkəkciyi 1 ədəd, yumurtalığı üst vəziyyətdə yerləşir. Meyvəsi birtoxumlu, çəyirdəyəbənzərdir.