Növ: Urticularia vulgaris print

Arandan subalp qurşağadək, Kür-Araz ovalığı, Lənkəran ovalığı və Böyük Qafqazda göllərdə və bataqlıqlarda yayılmışdır. Çoxillik bitkidir. Yarpaqları xətvari hissələrə ayrılır, çox sayda qovuqlara malikdir. Tacı 2 dodaqlı, narıncı-sarı rənglidir. Qovuqları suda olan xırda həşərat və s. heyvanları cəlb etməyə uyğunlaşmışdır.