Növ: Paulownia tomentosa print

Vətəni Çin hesab edilir. Hündürlüyü 20-25 m-ə çatan, qışda yarpağını tökən ağacdır. Yarpaqları iridir, uzun saplaqlıdır. Çiçəkləri solğun-bənövşəyi rəngli olub, süpürgə tipli çiçək qrupuna yığılmışdır. Tacı boruvari-zəngşəkilli, 5 bölümlüdür. Erkəkciyi 4 ədəddir. Meyvəsi 2 qapaqla açılan qutucuqdur.